Türkiyədə dəniz "coşub" - Reyslər hələ də durub

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb. Reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və leysan xarakterli yağışın olmasıdır, dənizdə hündür dalğaların da müşahidə olunduğu bildirilir.

Bundan başqa, Bursada da dəniz reysləri eyni səbəbdən dayandırılıb.

Qeyd edək ki, dəniz reyslərinin təxirə salınması ötən gündən başlayıb.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31