Erməni vəkil ABŞ-da həbs edildi - Səbəb
25 Dekabr 2018 01:46 DünyaABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Artur Çaçyan adlı erməni əsilli vəkil qeyri-qanuni olaraq pul mənimsəmək və ABŞ Sosial təminat administrasiyasına yalan məlumatlar vermək cinayətlərinə görə özünü təqsirli bilib.
Artur Çaçyan ümumi həcmi 14 milyon dollara çatan fırıldaq sxemində iştirak etməkdə, habelə Daxili gəlirlər xidmətindən güzəşt əldə etməküçün Ermənistan Respublikasının saxta pasportlarını və şəxsiyyət vəsiqələrini istifadə etməklə şəxsi məlumatları oğurlamqda günahlandırılır.
"The Global Dispatch" saytının verdiyi məlumata görə, Çaçyan həmin şəxsi məlumatların oğurlanması nəticəsində əldə olunan 549 min ABŞ dollarını yumaqdan ötrü özünün vəkil olaraq xidmət etdiyi iki müştərisinin bank hesabından yararlanıb.
Ermənistan Respubikasının saxta pasportları ilə bağlı fırıldaq sistemin araşdırılması zamanı Artur Çaçyan da daxil olmaqla 17 şəxsə ittiham irəli sürülüb.
Çaçyanın funksiyası digər iştirakçılardan çekləri alıb onları öncə müştərilərinin trast hesablarına yatırmaq, daha sonra isə həmin hesablardan başqa çeki yazdıraraq pulu geri qaytarmaqdan ibarət imiş. Erməni vəkil bu cür pul yuyulma əməliyyatına görə özü üçün 10% komisyon haqqı aldığını etiraf edib.
Xəbərdə Kaliforniya məhkəməsinin Artur Çaçyan haqqında 2019-cu ildə hökm çıxaracağı bildirilir. Onu 15 ilə qədər həbs gözləyir.
musavat