Türkiyədə rusiyalı terrorçu saxlanılıb
24 Dekabr 2018 19:25 DünyaTürkiyənin Adana vilayətində keçirilmiş antiterror əməliyyatı nəticəsində Rusiya vətəndaşı saxlanılıb.
Saxlanılan şəxs Çeçenistan sakinidir.
Adı açıqlanmayan terrorçunun "Həyat Təhrir əş-Şam" terror təşkilatının mənsubu olduğu və Yeni il ərəfəsində Türkiyədə terror aktları planlaşdırdığı bildirilib.
Bundan başqa onun Suriyada döyüşlərdə iştirak etdiyi və 2017-ci il yanvarın 1-də İstanbulda gecə klublarının birində terror aktı törətmiş Əbdülqədir Maşaripovun yaxını olduğu deyilib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31