Almaniya həyəcanla növbəti tətili gözləyir

Almaniyada "Deustche Bahn" dəmir yolu şirkətinin rəhbərliyi ilə dəmiryolçuların həmkarlar ittifaqı əməkhaqqının artırılması məsələsində razılığa gələ bilməyiblər.

Şirkət əməkdaşların hər birinə birdəfəlik 500 avro ödəməyi və məvacibləri iki mərhələdə 5 faiz artırmağı vəd edib. Lakin həmkarlar ittifaqı əməkhaqqıları, heç olmazsa, 7,5 faiz artırmaq tələbindən geri çəkilmir. Hazırda Almaniya dəmiryolçuların yeni tətili astanasındadır. Almaniyada dəmir yolu nəqliyyatının iflic vəziyyətinə salınacağı ilə hədələyən həmkarlar ittifaqından bildiriblər ki, indi bütün ölkə dəmiryolçuların hiddətinin gücünü hiss edəcək.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31