Trampla qürur duyuram - senator Rand Paul
24 Dekabr 2018 18:13 DünyaABŞ prezidenti Donald Trampın Suriyadan çıxma qərarını Kentucky ştatının senatoru dəyərləndirib.
Senator Rand Paul "Prezident ilə qürur duyuram. Söz verdiyi tam olaraq bu idi və məncə insanlar onunla eyni fikirddədirlər. Uzun müddətdir və çox yerdə savaşdayıq və trilyonlarla dollar pul xərclədik. Tramp fərqli biridir. Buna görə də seçilib" deyib.
Digər ölkələrin idarəetməsini dəyişdirməyin ABŞ-ın işi olmadığını vurğulayan Paul Trampın ABŞ-ın İraqa girməyini "ən böyük xarici siyasət faciəsi" adlandırmaqda haqlı olduğunu bildirib.
Tramp isə Paulun bu ifadələrini paylaşıb və ona təşəkkür edib.
Qeyd edək ki, Tramp hakimiyyəti Suriyadakı ABŞ əsgərlərini və diplomatlarını geri çəkəcəyini bildirib. Bu xəbər Vaşinqtonda böyük müzakirələrə səbəb olub.
ABŞ konqresində Respublikaçı və Demokratlar partiyasının hər ikisindən də sərt reaksiyalar gələn zaman Paulun qərarı dəstəkləməyi diqqət çəkib.
AzNews.az