Çavuşoğlu Netanyahunu PKK-ya bənzətdi - “İkisi də körpə qatilidir"

"Onun PKK terror təşkilatına qarşı xüsusi marağı var".

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu İsrailin Baş naziri Binyamin Netanyahunun verdiyi açıqlamalarla bağlı danışıb.

Çavuşoğlu Tunis səfəri çərçivəsində həmkarı Hamis el-Cihinavi ilə ortaq mətbuat konfransı keçirib.

Çavuşoğlu konfransda Türkiyəni hədəfə alan Netanyahuya da cavab verib:

"Netanyahu son günlərdə çox narahatdır. Yəqin Suriyanı bölə bilməyəcəyini anlayıb. Onun PKK terror təşkilatına qarşı xüsusi marağı var, çünki onların vasitəsilə Suriyanı bölmək istəyirdilər. Ancaq planları suya düşəndə narahat olmağa başladılar. Fikir versəniz, davamlı olaraq sözdə kürd qardaşlarımızın adından istifadə edərək prezidentimizə böhtanlar atmağa çalışır. O, öz həddini aşıb".

Çavuşoğlu Netanyahunu PKK-ya bənzədib: "İkisinin də ortaq özəlliyi körpə qatili olmalarıdır".

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31