“Wikileaks” ABŞ-ın daha bir casusluq fəaliyyətini üzə çıxartdı
24 Dekabr 2018 17:21 DünyaABŞ səfirliyi casus kamerası kimi istifadə etmək üçün 100-dən çox saat, düymə, qələm, şapka və qalstuk sifariş edib.
"Wikileaks" ABŞ-ın casusluq avadanlıqlarının siyahısını paylaşıb.
Hökumətlərin və digər qurumların gizli sənədlərini aşkarlayan "Wikileaks" internet saytı, ABŞ səfirliklərinin casusluq üçün istifadə etdiyi çox sayda avadanlığın siyahısını hazırladığını iddia edib.
Sayt cümə günü Alış-veriş siyahısında dünyada ABŞ səfirliklərinə tədarük edilməsi üçün müxtəlif avadanlıqların siyahısının da olduğu 16 mindən çox sənəd paylaşıb.
Siyahıya görə səfirliklərdən biri casus kamerası kimi istifadə etmək üçün 100-dən çox saat, düymə, qələm, şapka və qalstuk sifariş edib.
"Wikileaks" tvitterdən Kolumbiyadakı ABŞ səfirliyinin 8 may 2017-ci ildə casus şapkaları, eynəkləri, kameraları, gecə sensorları və durbin sifariş etdiyi siyahını paylaşıb.
Siyahıda Ukraynadakı ABŞ səfirliyinin15 gizli radio və 20 səsyazıcı cihazın sifariş edildiyi sənədlər də var.
Sayt bu siyahıların ictimaiyyətə açıq sənədlər olduğunu bildirib. Lakin bu sənədlərin ABŞ səfirliklərinin internet saytları ilə əlaqəsi yoxdur.
AzNews.az