“Dollardan imtina etdik” - Rusiyalı nazir
24 Dekabr 2018 17:15 DünyaRusiya iri ticarət müqavilələrində dollardan istifadə etməyəcək.
Bunu "RBK"ya müsahibəsində ölkənin sənaye və ticarət naziri Denis Manturov bildirib.
"Məsələn, S-400 zenit-raket kompleksinin satışı ya rublla, ya da alıcı ölkənin milli valyutalarında ödənilir", - deyə D.Manturov Hindistan, Türkiyə və Çinə sözügedən komplekslərin satışının hansı valyutada aparılmasına dair suala cavab olaraq bildirib.
Nazir qeyd edib ki, Çinlə barter sistemindən hələ 1990-cı illərdə istifadə olunub. Ancaq nazirin sözlərinə görə, xoşbəxtlikdən indi bu metoddan istifadə olunmur.(teleqraf.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31