İran vətəndaşı elektroşoker ilə Yerevanın mərkəzində bank soymağa cəhd edib
24 Dekabr 2018 18:33 DünyaƏlində bıçaq və elektroşoker olan İran vətəndaşı Ermənistanın paytaxtı Yerevanın mərkəzində İran bankını soymağa çalışıb.
Ermənistan polisinin verdiyi məlumata görə, bu səhər 36 yaşlı iranlı Morteza Coşoar "Mellat" bankına daxil olaraq elektroşokerdən istifadə edib və işçilərdən pul tələb edib.
Nəticədə İran vətəndaşı yerli polis qüvvələri tərəfindən zərərsizləşdirilib, faktla bağlı cinayət işi açılıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31