İsraildə növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb

İsraildə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi vaxt açıqlanıb.

Seçki 2019-cu ilin aprel ayının əvvəlində olacaq. 

Bununla bağlı qərar ölkə parlamentində təmsil olunan və vaxtilə koalsiya hökuməti yaratmış partiya sədrlərinin toplantısında qəbul olunub.

Qeyd edək ki, noyabrın 14-də İsrailin müdafiə naziri Aviqdor Liberman İsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq istefa verib. Bununla da koalisya hökuməti dağılıb. Baş nazir Binyamin Netanyahu noyabrın 19-da ölkənin müdafiə naziri vəzifəsinin icrasına başlayıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31