Bir tonluq Yeni il şarını Dubaydakı ticarət mərkəzindən asdılar
24 Dekabr 2018 18:55 DünyaSoyulmuş portağalı xatırladan və üzərində dörd oyuncağı olan bəzək əşyası yanvarın sonunadək ictimaiyyəti sevindirəcək.
Dünyanın ən böyük və ən ağır Yeni il şarı Dubaydakı "The Dubai Mall" əyləncə-ticarət mərkəzindən asılıb.
Dekorasiyanın çəkisi 1 ton 100 kiloqram, eni 4,7 metr, hündürlüyü isə 6,6 metrdir.
"Oyuncaq" Ginnesin Rekordlar kitabına düşüb. Onu hazırlamaq və yerinə asmaq üçün 15 nəfərdən ibarət komanda çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31