Rusiyada daha iki bankın lisenziyası geri çağırılıb

Rusiya Bankı (Mərkəzi Bank) iki bankın- "Russobank" və "Donxlebbank"ın lisenziyalarını geri çağırıb.

Bu il noyabrın 1-nə "Russobank" aktivlərin həcminə görə ölkənin bank sistemində 263-cü, "Donxlebbank" isə 294-cü yerdə olub.

"Donxlebbank"ın lisenziyasının geri çağırılması müflisləşmə xəbərdarlığı üçün əsas verən xüsusi kapitalın əhəmiyyətli dərəcədə azalması ilə bağlıdır. "Russobank" isə fəaliyyətində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyi pozub, şübhəli tranzaksiyalar həyata keçirib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31