Əgər ABŞ bu əraziyə raket yerləşdirsə... – Kreml hədələdi

Əgər ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxdıqdan sonra öz raketlərini Avropa Birliyi ərazisində yerləşdirsə, o zaman Rusiya ABŞ-ın Avropadakı raket sistemlərini hədəfə almaq məcburiyyətində qalacaq.

Bunu "Birinci kanal"da yayımlanan "Böyük oyun" verilişində çıxışı zamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"ABŞ raketlərinin Avropada yerləşdirilməsi və onun potensial hədəfinin Rusiya olması ona gətirib çıxaracaq ki, Rusiya onları öz raket arsenalı vasitəsilə əsas hədəfinə götürmüş olacaq. Bu zaman keçmişdə yaşamağa məcbur olduğumuz situasiya yenidən təkrarlanacaq", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31