Bu ölkə diplomatlarını Ukraynadan çıxarıb

Cənubi Koreya Kiyevin Şimali Koreyaya məxsus iki hərbi əsirin təhvil verilməsi barədə məlumatı açıqlaması ilə bağlı yaranan siyasi qalmaqal fonunda Ukraynadan səkkiz diplomatını geri çağırıb.

"Yonhap" agentliyinin məlumatına görə, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bildirib.

O qeyd edib ki, əsas heyət Ukraynada qalır və davam edən Rusiya-Ukrayna münaqişəsi şəraitində Cənubi Koreya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirləri görür.

Qeyd edək ki, rəsmi Seul sentyabr ayında Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasındakı çıxışı zamanı Şimali Koreyaya məxsus iki hərbçinin Cənubi Koreyaya təhvil verildiyini açıq şəkildə bəyan etməsindən sonra rəsmi izahat və oxşar insidentlərin təkrarlanmamasına dair təminat tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31