Belarus təmsilçisinin KTMT-nin baş katibi təyin edilməsi haqqında qərarı imzalayıb
21 Dekabr 2018 15:08 DünyaBelarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi təyin olunub.
Belarus PrezidentiAleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının bununla bağlı qərar layihəsini imzalayıb.
Qeyd edək ki, bundan əvvəl KTMT üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan Belarus təmsilçisinin namizədliyinə dəstək vermişdilər. Hətta Prezident Aleksandr Lukaşenko KTMT-nin digər üzvü olan Ermənistanın S.Zasın namizədliyinə qarşı çıxmasına təəccübləndiyini bildirmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31