Novak: "Neftin ucuzlaşması önəmli deyil"

Neft qiymətlərinin ucuzlaşmasını monitorinq etmək lazımdır.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Energetika naziri Aleksandr Novak deyib. Onun sözlərinə görə, ilin sonunda qiymətlərin enişi mühüm deyil, mühüm olan ilin əvvəlində nələrin baş verəcəyidir.

O, Rusiyanın neft hasilatını azaltması haqqında qərarı qəbul edərkən situasiyanı diqqətlə izləməli və qəfil hərəkətlərdən uzaq durmağa çalışmalı olduğunu bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31