Rusiya: "İranı ABŞ-dan qoruyacağıq"
21 Dekabr 2018 14:36 DünyaRusiya İranın ABŞ sanksiyalarından əziyyət çəkməməsi üçün hər şey etmək niyyətindədir.
Bunu İran Xarici İşlər nazirinin müavini Abbas Araqçı ilə görüşü zamanı Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Biz İranın mövqelərinin güclənməsi üçün maksimum iş görməyə hazırıq. Rusiya İran nüvə müqaviləsinin saxlanılması üçün də əlindən gələn hər şeyi edəcək", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31