2 yaşlı uşağın mədəsindəki həkimləri heyrətləndirdi
21 Dekabr 2018 14:28 Dünyaİki yaşlı qızı əməliyyat edən həkimlər qeyri-adi hadisənin şahidi olub.
Sözügedən hadisə Moskva xəstəxanalarının birində qeydə alınıb.
Evini təmir elətdirən ana ikiyaşlı körpəsinin günü-gündən pisləşdiyini görür. Danışa bilməyən qızcığaz elə hey ağlayır, ürəkbulanmaları olur. Ana bununla bağlı həkimə müraciət edir.
Rentgen müayinəsi zamanı qızın mədəsində uzun bir yad çisimin olduğu aşkarlanır və dərhal əməliyyata götürülür.
Xəstənin mədəsindən 5 santimetrlik mismar çıxır.
Məlum olur ki, evdə gedən təmir zamanı yerə düşən mismarlardan birini körpə udubmuş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31