Rusiya BBC-də yoxlamalara başladı

Rusiyanın İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Vasitələrinin Federal Nəzarət Xidməti (Roskomnadzor) BBC-nin Rusiya ofisində yoxlamalara başlayıb.

"Roskomnadzor"un yaydığı məlumatda yoxlamaların televiziyanın Rusiya qanunvericiliyinin şərtlərinə uyğunluğunun müəyyən edilməsi üçün başladıldığı bildirilib.

Qeyd edək ki, bundan öncə Britaniyanın "Ofcom" media tənzimləyicisi Rusiyanın RT kanalının Britaniyanın teleyayım haqqında qaydalarını pozduğu, obyektiv olmadığı haqqında qərarını açıqlayıb. Bu qərar televiziyanın Britaniyada yayım lisenziyasını əlində ala bilər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31