Kosova ordu yaratmaqla səylərimizi məhv elədi - Lukaşeviç

Kosova ordusunun yaradılması Belqrad və Priştina arasında siyasi kompromis imkanını istisna edir.

Bu sözləri Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

Onun sözlərinə görə, Kosova parlamentinin 14 dekabrda təhlükəsizlik qüvvələrinin silahlı qüvvələrə çevrilməsinə dair qəbul etdiyi qanun paketi BMT TŞ-nın 1244 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır.

"Kosova ordusu"nun yaradılması Kosova probleminin tənzimlənməsinə dair çoxillik beynəlxalq səylərin məhvinə səbəb olacaq", - Lukaşeviç bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31