Köçəryanın tərəfdarları Moskvada mitinqə hazırlaşır

Ermənistanın eks-prezidenti Robert Köçəryanın tərəfdarları Ermənistanın Moskvadakı səfirliyinin qarşısında mitinq keçirmək niyyətindədir.

Bu məlumat Ermənistanın Rusiyadakı səfirliyinin Feysbuk səhifəsində yerləşdirilib. Səfirlik mitinqdə iştirak edəcək insanları Rusiya qanunvericiliyinin bütün tələblərinə tabe olmağa və yanlış hərəkətlər etməməyə çağırıb.

Mitinqin 22 dekabrda baş tutacağı vurğulanıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31