Vəliəhd kəşfiyyatda islahatlara başlayır - Qaşıqçı faktoru
21 Dekabr 2018 12:38 DünyaSəudiyyə vəliəhdi Məhəmməd bin Salman ölkənin ümumi kəşfiyyat xidmətində kadr islahatlarına başlayıb.
Jurnalist Camal Qaşıqçının öldürülməsi olayında bir neçə yüksək rütbəli kəşfiyyat nümayəndələrinin adlarının hallanmasına görə vəliəhd bu sahədə ciddi dəyişiklər etmək qərarına gəlib.
Belə ki, Salmanın əmri ilə ölkədə 3 yeni departament formalaşdırılıb: Ümumi strateji və İnkişaf departamenti, Hüquq departamenti, eləcə də İctimai idarə və Daxili nəzarət departamenti...
Qeyd edək ki, Qaşıqçının öldürülməsindən sonra vəliəhdin müşaviri Səud Qahtani və kəşfiyyat xidmətinin əməkdaşı, general Əhməd Əsiri oktyabr ayının sonlarında vəzifədən azad edilmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31