Trampdan şok: İrana görə niyə İŞİD-lə savaşmalıyıq?
ABŞ İŞİD-lə Suriyada vuruşmaq yerinə özünə diqqəti artırmalıdır. Bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
21 Dekabr 2018 12:46 DünyaABŞ İŞİD-lə Suriyada vuruşmaq yerinə özünə diqqəti artırmalıdır.
Bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
"Senator Lindsi Qrehemin əsgərlərin həyatının xilası və milyardlarla dollara qənaət edilməsinə qarşı çıxmasına inanmaq çox çətindir. Niyə biz Suriyada düşmənimizin xeyrinə savaşıb, İŞİD-çiləri Dəməşqə, Rusiyaya və İrana görə öldürməliyik? Ölkəmizə diqqət ayırmağın və gəncləri evlərinə gətirməyin vaxtı çatıb", - deyə o bildirib.
Qeyd edək ki, Trampın Suriyadan ABŞ əsgərlərinin çıxarılması qərarına qarşı çıxanlardan biri də senator Qrehemdir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31