Tramp ordunu Suriyadan niyə çıxardı? – Səfir
20 Dekabr 2018 13:30 DünyaABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmaq qərarı bir sıra amillər, o cümlədən Türkiyə və daxili-siyasi məsələlərlə bağlıdır.
Bu barədə Suriyanın Çindəki səfiri İmad Mustafa danışıb.
"Bu, bir çox amilin rol oynadığı çox qəliz vəziyyətdir. Bir tərəfdən də həqiqətən ABŞ-ın Türkiyəni Rusiyadan ayırıb öz təsir dairəsinə qaytarmaq cəhdlərinin olduğunu söyləmək olar", - diplomat bildirib.
Səfirin sözlərinə görə, Tramp bu addımı atmaqla həm də diqqəti daxili-siyasi problemlərdən yayındırmağa çalışır.
"Trampın addımı Suriyanın milli maraqları ilə üst-üstə düşür. İstənilən suriyalı ABŞ əsgərlərinin ölkəni tərk etməsini görməkdən xoşbəxt olacaq", - səfir qeyd edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31