İsrail ABŞ-ın son qərarından məmnun deyil – İddia
20 Dekabr 2018 13:19 DünyaABŞ rəhbərliyinin Suriyadakı hərbçilərini geri çağırması ilə bağlı qəbul etdiyi qərar İsrailin narahatlığına səbəb olub.
Hər nə qədər Təl Əviv rəhbərliyindən rəsmi Vaşinqtonun qərarına hörmət etdikləri barədə açıqlamalar gəlsə də, bəzi mənbələrin iddiasına görə İsrail yaranmış vəziyyətdən məmnun deyil.
ABŞ rəhbərliyinin Suriyadakı hərbçilərini geri çağırması ilə bağlı yayılan xəbərlərin ardından mətbuata açıqlama verən İsrailin Baş naziri Benyamin Netanyahu həm ABŞ prezidenti Donald Trampla, həm də dövlət katibi Mayk Pompeo ilə qərardan əvvəl telefon əlaqəsi saxladığını vurğulayıb: "Vaşinqton rəhbərliyi məlum qərarla bağlı məni məlumatlandırdı. Hərbçiləri Suriyadan çıxartmaq ABŞ-ın öz qərarıdır. Qoşunların ərazidən çıxarılması prosesinin nə zaman başlayacağı və bizə nə kimi təsir edəcəyi barədə müzakirələr aparırıq. İsrailin bölgədə təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan addımları atacağıq".
Qeyd edək ki, İsrail mətbuatı B. Netanyahunun qərardan məmnun qalmadığını yazıb.
Azadinform