Karl Marks haqqında cizgi filmi çəkildi
20 Dekabr 2018 13:01 DünyaÇinin "Bilibili" saytı Marksizm nəzəriyyəsinin tədqiqi və inkişafı layihəsinin dəstəyilə filosof Karl Marksı yeni "anime"nin baş qəhrəmanına çevirib.
İnternet üzərindən yayımlanacaq "Lider" adlı cizgi serialı Marksın 200 illik yubileyi münasibətilə ərsəyə gətirilib.
"Anime" filosofun gəncliyindən, onun Fridrix Engelslə dostluğu və gələcək həyat yoldaşı Jenni fon Vestfalenlə olan sevgi münasibətlərindən bəhs edir.
Cizgi serialının treyleri artıq saytın "Twitter" səhifəsində paylaşılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31