İranlı general silahla ehtiyatsız davrandığına görə ölüb
17 Dekabr 2018 18:20 Dünyaİran İnqilab Keşikçiləri Ordusunun (İİKO) generalı Qodratolla Mansuri silahla ehtiyatsız davrandığına görə ölüb.
Bu barədə "The Washington Post" yazıb.
Ehtimal olunur ki, general tapançasını təmizləyərkən güllə açılıb və onun başına dəyib.
Qeyd edək ki, Qodratolla Mansuri ötən əsrin 80-ci illərində baş tutmuş İran-İraq müharibəsinin veteranı idi. O, 2014-cü ildən bəri ölkənin şimal-şərqindəki İİKO Quru Qoşunlarının komandiri olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31