Türkiyə, İran və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə edəcək

Dekabrın 18-də Cenevrədə (İsveçrə) Astana prosesinin iştirakçısı olan ölkələr - Türkiyə, İran və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında görüş keçiriləcək.

Bu barədə Rusiya XİN-in Mətbuat və informasiya departamentindən bildirilib.

Qeyd olunub ki, görüşdə Suriyadakı münaqişənin siyasi yolla həlli və Konstitusiya Məclisi yaratmaq məsələsi müzakirə olunacaq.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31