“ABŞ indi də Fəratın şərqində önümüzü kəsməyə çalışacaq”

"Fərat qalxanı" əməliyyatını apardıq. ABŞ bizə dəstək vermədi. Bundan sonra "Zeytun budağı" əməliyyatına başladıq. Bizim qarşımıza çıxdı və təhdid etdi". 

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. O qeyd edib ki, ABŞ bəslədiyi adamlarla bizim qarşımızı kəsəcəyini fikirləşdi: "ABŞ bizim Şimali İraqda, Afrində qarşımızı kəsməyə çalışdı. İndi də Fəratın şərqində bizim önümüzü kəsməyə çalışacaq. Türkiyə o zamanda buna icazə vermədi, indi də icazə verməyəcək". 

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31