Avropa İttifaqı Litvaya maliyyə yardımını azaldacaq
17 Dekabr 2018 18:42 DünyaLitva 2020-ci ildən etibarən Avropa İttifaqından indikindən az maliyyə yardımı alacaq. Buna səbəb Litvada həyati zərurət mallarının qiymətlərinin aşağı olmasıdır. Latviya və Estoniya ilə müqayisədə Litvada qiymətlərin aşağı səviyyədə olmasının əsas səbəblərindən biri dövlət sektorunda xidmətlərinin əksəriyyətinin pulsuz olmasıdır. Litvada təhsil və səhiyyə işçilərinin əməkhaqqı isə Avropa İttifaqında və avrozonada ən aşağı göstəricilərdən biridir.
Bununla əlaqədar, 2020-2027-ci illərdə Litvanın Avropa İttifaqından alacağı maliyyə yardımının həcmi yarım milyard avro azaldılacaq.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31