Putin hələ də təbrik etmir, əvəzində qaz sınağı gəlir

Ermənistanla Rusiya arasında münasibətlər hər ötən gün daha da çətinləşir.

Bu barədə "Qraparak" nəşri yazıb.

Nəşrin bildirdiyinə görə, 8 aydır baş nazir postuna sahib olan Nikol Paşinyan hələ də rəsmi şəkildə Rusiyaya dəvət olunmayıb, KTMT-dəki problemlər sırasına isə yaxın vaxtlarda qaz da əlavə olunacaq.

"Rusiya hələ də Paşinyanı təbrik etməyib. Putinin parlament seçkilərində qələbəyə görə təbrik etməli olmadığı bildirilsə də, 2017-ci il seçkilərində o cəmi bir gün sonra Serj Sərkisyan və Respublikaçılar Partiyasını təbrik etmişdi", - nəşr qeyd edib.

Xatırladaq ki, AİB ərazisində ucuz qaz qiymətləri Belarus və Ermənistana tətbiq olunur və ilin sonunda İrəvanın Rusiya ilə qaz satışına dair müqaviləsinin vaxtı başa çatır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31