Məşhur “youtuber” yeni doğulan 2 uşağını zibilə atdı — Ömürlük həbsi tələb olunur
17 Dekabr 2018 18:48 Dünya"Youtube"da paylaşdığı makiyaj videoları ilə məşhurlaşan Alissa Dayvaultun adlı qadın ard-arda dünyaya gətirdiyi 2 uşağı zibilə atdığı məlum olub.
30 yaşlı qadın qanaxma şikayəti ilə xəstəxanaya müraciət edib. Burada qısa müddət əvvəl doğum etdiyi məlum olan Alissa uşağını zibilə atdığını etiraf edib. Uşaq ölü halda tapılıb.
Araşdırmalar nəticəsində 13 ay öncə zibildən tapılan uşağın da anasının Alissa olduğu ortaya çıxıb.
Prokurorluq eyni cinayəti təkrar işlədiyinə görə Alissa Dayvaultun ömürlük həbs edilməsini tələb edir.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31