Qatı duman 21 uçuşun ləğvinə səbəb oldu

Güclü duman səbəbindən İranın Əhvaz Beynəlxalq Hava limanında ötən gecədən indiyədək 21 uçuş ləğv edilib və 3 uçuşda ləngimə yaranıb.

Bunu İranın Xuzistan vilayəti aeroportlarının baş direktoru Məhəmməd Rza Rzayi deyib.

Onun sözlərinə görə, ötən gecə saat 19:00-dan Əhvaz rayonunda güclü duman var və bu, uçuşlara təsir göstərib.

Rzayi əlavə edib ki, Əhvazda görmə üfüqü hazırda təxminən 100 metrdir və uçuş üçün münasib şərait yoxdur.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31