Moskva və İrəvan ABŞ-a qarşı sənəd hazırlayır – Lavrov

Ermənistan və Rusiya yeni əməkdaşlıq müqaviləsi hazırlayır.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanda ABŞ biolaboratoriyalarının mövcudluğuna qarşı mübarizə ilə bağlı məsələyə cavabında deyib. O, yeni sənədin Ermənistanda xarici ölkələrin hərbçilərinin mövcudluğunu qadağan etməsinə zəmanət verəcəyini bildirib.

Lavrov həmçinin Rusiyanın MDB ölkələrində diplomatlarının sayının ABŞ-dan daha az olduğunu söyləyib.

O, Rusiyanın ABŞ kimi marionet təşkilatlar yarada bilmədiyini vurğulayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31