Dramın kursu 20%-lik devalvasiyaya uğrayır - "JAMANAK"

Ermənistanın "Jamanak" qəzetinin yazdığına görə, hakimiyyətə yaxın mənbələr ölkənin yeni il bayramından sonra ciddi maliyyə problemləri ilə qarşılaşacağını etiraf ediblər. Artıq bunun cücərtiləri də görünməkdədir. "Müxtəlif ekspertlərin proqnozlarına əsasən, uzun müddətdir ki, mövcud olan defoltu bundan sonra təxirə salmaq imkanı olmayacaq", deyə yazan "Jamanak" əlavə edib ki, devalvasiya qaçılmazdır: "Bizim mənbə də istisna etmir ki, hakimiyyət dramın (erməni pul vahidi) kursunun 20%-lik ölçüdə devalvasiyasına getməli olacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31