Rusiyalı hərbçi Qırğızıstanda ölü halda tapılıb
17 Dekabr 2018 12:59 DünyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstandakı "Kant" aviabazasında müqavilə üzrə xidmət edən Rusiya hərbçisi kirayəyə götürdüyü mənzildə ölü vəziyyətdə tapılıb.
Bildirilir ki, 39 yaşlı Vladimir Şelbanov dekabrın 15-də xidmətə çıxmayandan sonra onun axtarışına başlanılıb və meyiti mənzildə tapılıb.
Ölümün səbəblərini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31