Daşkənddə 35 metr hündürlükdə olan yolka quraşdırılıb
17 Dekabr 2018 12:55 DünyaMərkəzi Asiya ölkələrində Yeni ilin simvolu olan yolkaların qurulması başa çatıb.
Daşkəndin mərkəzindəki Müstəqillik meydanında quraşdırılan 35 metrlik yeni il yolkası Mərkəzi Asiya ölkələri arasında ən hündür yolkadır. Böyük yolkanın yanında 8 metrlik nisbətən kiçik yolkalar da düzəldilib.
Düşənbənin mərkəzindəki "Dusti" meydanında quraşdırılan yolkanın hündürlüyü 28 metrdir və ölkənin tarixində ən hündür yolka hesab edilir. Bu yolkanı 14 min oyuncaq bəzəyir.
Bişkekin Ala-Too meydanında qoyulan yolka isə 25 metr hündürlükdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31