"Dünya gözəli-2018" müsabiqəsinin qalibi Filippin təmsilçisi seçilib

Filippin təmsilçisi Katriona Qrey beynəlxalq "Dünya gözəli-2018" müsabiqəsinin qalibi seçilib.

Bildirilir ki, Qrey qalib tacını ötən ilin qalibi Demi-Li Nel-Pitersdən alıb. Müsabiqədə ikinci yeri Venesueladan olan Stefani Qutterestutub.

Müsabiqə Banqkokda keçirilib.

Xatırladaq ki, ötən il Las-Veqasda keçirilən "Dünya gözəli-2017" yarışmasının qalibi Cənubi Afrika Respublikasını (CAR) təmsil edən model Demi-Li Nel-Piters olub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31