Fransadakı etiraz aksiyalarının təşkilatçılarından biri ermənidir
17 Dekabr 2018 11:25 Dünya"Sarı jiletlilər"in Fransada keçirdikləri etiraz aksiyalarının fəal təşkilatçılarından biri erməni əsilli Hayk Şaqinyandır.
Məlumatı "Euronews" yayıb.
H.Şaqinyan bildirib ki, "sarı jiletli"lər 2019-cu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərə siyasi qüvvə kimi qatılacaq.
O, 2018-ci ilin aprel-may aylarında Ermənistanda keçirilən etiraz aksiyalara dəstək məqsədi ilə Fransada təşkil olunan yürüşlərə də qatılıb.
Qeyd edək ki, noyabrın 17-dən Fransada etiraz aksiyaları başlayıb. "Sarı jiletlilər"in təşkil etdiyi aksiyalara qatılanlar hökumətin ölkədə yanacağın qiymətinin bahalaşmasına dair hazırladığı layihəyə etiraz edirlər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31