Yunanıstanda telekanal binası yaxınlığında güclü partlayış

Yunanıstanın "Skai" telekanalının binası yaxınlığında güclü partlayış olub.

Hadisə binaya bomba qoyulması barədə telefon zəngindən sonra yerli vaxtla saat 02:35-də qeydə alınıb.

Partlayış nəticəsində telekanalın studiyasında pəncərələr sınıb.

"Skai" əməkdaşları vaxtında təxliyə olunduğu üçün heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31