Güclü sel və daşqınlar Antalya və Bodrumda böyük fəsadlar yaradıb
17 Dekabr 2018 00:30 DünyaTürkiyənin Muğla vilayətinin Bodrum rayonuna güclü yağış və dolu düşüb.
AZƏRTAC bildirir ki, Bodrum-Turgutreis şosesi və rayonun Bitez, Ortakənt, Yahşi məhəllələrində daxili yollar su altında qalıb. Minik avtomobillərinin hərəkəti mümkünsüz hala düşüb. Bəzi tikililərin birinci mərtəbəsini və zirzəmiləri su basıb.
Antalyanın Konyaaltı rayonunda isə güclü daşqınlar yaranıb. Rayonun Hisarçandır dağlıq bölgəsində iki həkimin köməksiz vəziyyətdə qaldığı bildirilir. Bölgəyə xilasedici dəstələr göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31