Polyak rəssamın əsərləri rekord qiymətə satıldı

Bu, Polşanın bədii əsərlər bazarında yeni rekorddur.

1958-ci ildə çəkilmiş və "Kosmosun tədqiqi" adlandırılmış silsilə əsərlər rəssamın nəzərdə tutduğu kimi, bir əsər kimi satılıb. Onları Varşavada, nüfuzlu "Polswiss Art" hərrac evindən fərdi kolleksiyaçı alıb.

İki həftə əvvəl V.Fanqorun "M 39" adlı daha bir əsəri də rekord məbləğə - 4,7 milyon zlotıya satılıb.

Rəssamın tablolarına həndəsi formalar və parlaq rənglər səciyyəvidir. O, Nyu-Yorkdakı Quttenhaym Muzeyində fərdi sərgisi təşkil olunmuş ilk polyak rəssamıdır.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31