00 milyon insan yoxsulluq içində yaşayır - BƏT
14 Dekabr 2018 16:48 DünyaDünyada 700 milyondan çox insan yoxsulluq içərisində yaşayır.
Bu barədə Beynəlxalq Əmək Təşkilatının direktoru Qay Raydar bəyanat verib:
"Bu gün dünyada 200 milyon insan işsizdir. 700 milyondan çox insan isə yoxsulluq şəraitində yaşayır".
Raydarın sözlərinə görə, Avropa İttifaqı ölkələrində əhalinin 20 faizindən çoxu yoxsulluq və sosial inkluzivlik riski altındadır. Onun fikrincə, bu gün cəmiyyətin əmək bazarında elm və innovasiyanın nailiyyətlərini hər zaman ədalətli tətbiq edə bilməməsi böyük təhlükədir.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31