"The Beatles" qrupunun keçmiş solistinin evi qarət edilib
14 Dekabr 2018 16:37 Dünyaİngilis polisi İngiltərənin keçmiş "The Beatles" qrupunun sabiq solisti Pol Makkartninin evində baş verən soyğunu araşdırır.
Soyğun sənətçinin Londondakı 10 milyon funt (21 milyon manat) dəyərindəki evində baş tutub.
Soyğun müğənninin Freshen Up dünya turu çərçivəsində Liverpulda keçirdiyi konsertdən bir neçə gün əvvəl törədilib.
Polislər Londonun şimal-qərbindəki St. Johnchr("39")s Wood rayonundan aldıqları çağırışdan sonra əraziyə gedib və soyğun izləri tapıblar. Oğurlanan əşyalar barədə isə heç bir məlumat verilmir.
Sənətçinin sözçüsü Makkartninin və ya həyat yoldaşı Nancy Şevellin soyğunçuluq zamanı evdə olub-olmadığını söyləməkdən imtina edib.
London polisinin verdiyi məlumata görə, oğurluqla əlaqəli hələ ki, həbs edilən olmayıb.
report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31