Poroşenko təklifimi rədd etdi - Lukaşenko
14 Dekabr 2018 16:14 DünyaRusiya-Ukrayna sərhədinin Belarus tərəfindən qurulmasıyla bağlı təklifimi Ukrayna Prezidenti Pyotr Poroşenko dəstəkləmədi.
Bunu rusiyalı jurnalistlərə açıqlamasında Belarus Prezidenti Lukaşenko deyib.
"Rusların və ukraynalıların mənə normal yanaşdıqlarını nəzərə alaraq, sərhədçi kimi sərhəddə dayanmağa hazır idim. Bu müharibəni dayandırmaq hər şeydən əvvəl Poroşenko və ukraynalılara lazım idi, amma bundan imtina etdilər. "Lukaşenko rusiyayönlüdür" dedilər", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31