İsveç parlamenti sosial-demokratların hökumət qurmasına qarşı çıxıb
14 Dekabr 2018 15:53 Dünyaİsveç Riksdaqı (parlamenti) Baş nazir vəzifəsinə Sosial Demokrat Fəhlə Partiyasının sədri Stefan Löveninnamizədliyini qəbul etməyib.
Deputatların 200-inin əleyhinə səs verdiyi bu təklifi 116 nəfər dəstəkləyib, 28-i isə bitərəf qalıb.
Bundan sonra spiker Andreas Norlen növbədənkənar parlament seçkilərinə hazırlıq üçün müvafiq addımlar atacağını bildirib.
Qeyd edək ki, sentyabrın 25-də parlament S.Lövenin Baş nazir vəzifəsindəki səlahiyyətlərini uzatmağın əleyhinə səs verib, noyabrın 14-də də Mötədil Liberal Partiyasının sədri Ulf Kristersonun namizədliyini rədd edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31