“Gürcüstan qərarını versə...” – NATO-dan sensasion açıqlama
14 Dekabr 2018 15:43 DünyaNATO-dakı müttəfiqlərimizin əksəriyyəti Gürcüstanın alyansa üzvlüyünə razı olmasına baxmayaraq, hələlik bu məsələdə fikir birliyi yoxdur.
Bunu Gürcüstana səfər edən NATO baş katibinin Orta Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
Onun sözlərinə görə, Gürcüstanın həm hərbi, həm də siyasi baxımdan NATO sıralarına cəlb olunması üçün ciddi işlər görülür:
"Lakin bu standartlara cavab vermək Gürcüstandan asılıdır. Gürcüstan bizim üçün bir nömrəli namizəddir. Buna görə də, Gürcüstan NATO-ya qoşulmaq üçün öz siyasi qərarını açıqlasa, üzvlük üçün heç bir problem olmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31