Nüsrətin duzsəpmə hərəkəti jurnalistin həbsinə SƏBƏB OLDU
14 Dekabr 2018 15:01 DünyaMəhəmməd Əl-Vakil adlı jurnalist Nüsrət Gökçənin duzsəpmə hərəkətinin qurbanı olub.
Məhəmməd İsa Peyğəmbərin "Sonuncu axşam yeməyi" tablosunu Nüsrətin duzsəpmə hərəkəti ilə fotoşop edib yayımlayıb. Bu səbəbdən isə İordaniyada həbs edilib. Jurnalistin 6 aydan 3 ilə qədər həbsi tələb edilir.
İordaniya mətbuatının xəbərinə görə, jurnalist girovla sərbəst buraxılıb. Amma bu hərəkəti həbslə nəticələnə bilər. Çünki onun barəsində məzhəblərarası münaqişə maddəsi ilə cinayət işi açılıb.

Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31