Rusiyadan İrəvana mesaj: "Siyasiləşdirməyin"

Rusiyanın Ermənistandakı səfirliyi Gümrü şəhərində 102-ci bazanın hərbçisinin törətdiyi cinayəti siyasiləşdirməməyə çağırıb.

Bəyanatı Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidməti yayıb.

"Gümrüdəki faciəvi insidentlə bağlı çoxlu sayda emosional şərhlər axınına diqqət yetirdik. Bu mövzunu siyasiləşdirməməyə, vaxtından əvvəl fikir yürütməməyə, erməni istintaq orqanlarının öz işlərini görməyə maneə yaratmamağa çağırırıq", - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, 102-ci bazanın hərbçisi Gümrü şəhərində 57 yaşlı qadını öldürüb. Hərbçinin həbsindən sonra xüsusilə hökumətyönlü saytlarda Rusiyaya qarşı sərt ittihamlar səsləndirilməkdədir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31