Ruslar “İlin adamı”nı seçdilər
14 Dekabr 2018 14:03 DünyaRusiyada "İlin adamı" statusuna Rusiya Prezidenti Vladimir Putin layiq görülüb.
Bu nəticə İctimai Fikir Fondunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, rusların 29%-i Putini bu ada layiq bilib. Ondan sonrakı yerdə 7%-lə Xarici İşlər naziri Sergey Lavrov dayanıb. Üçlüyü 4%-lə Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski qapadıb.
Jirinovskidən sonrakı pillələrdə Müdafiə naziri Sergey Şoyqu (3%), "Lenin" sovxozunun rəhbəri Pavel Qrudinin (2%) yer alıb.
17% rusiyalı "İlin adamı" statusunu qazanmağa layiq şəxsin olmadığını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31